İrəvan “Akaş”ları Hindistandan bu qiymətə alıb

12:42 - 20 Dekabr 2023 - GÜNDƏM

 İrəvan “Akaş”ları Hindistandan bu qiymətə alıb

Ermənistan “Akaş” zenit-raket kompleksini Hindistandan 600 milyon dollara alıb.

BUTA.TV xəbər verir ki, bu barədə ANİ agentliyi Hindistanın Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Akaş”lar Ermənistana bir neçə aya tədarük edilə bilər.

Qeyd edək ki, 2020-ci ildə Ermənistan Hindistandan dörd mobil “Svati” radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə raketlərin və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək.

Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol