Zelenskidən şok: Yarım milyon insan səfərbər oluna bilər!

22:40 - 19 Dekabr 2023 - GÜNDƏM

 Zelenskidən şok: Yarım milyon insan səfərbər oluna bilər!

Ukrayna ordusunun Baş Qərargahı hökumətdən 450-500 min insanın səfərbərliyə cəlb olunması ilə bağlı icazə istəyib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dövlət başçısı hələ ki, bununla bağlı qərar qəbul olunmadığını bildirib:

“Baş Qərargah yaranan kəsirlə bağlı müraciət ünvanladılar. Onların nöqteyi-nəzərinə görə, 450-500 min insan səfərbər edilməlidir. Bu, çox ciddi rəqəmdir. Hələ ki, bu yöndə qanun imzalanmayıb. Daha çox arqument, konkretlik gərəkdir”.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Dövlət başçısı onu da əlavə edib ki, belə səfərbərlik hökumətə 500 milyard qrivnaya başa gələcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol