Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video