Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün keçirilməsi planlaşdırılan məhkəməyə getməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə onun adına olan sosial media kanalı məlumat yayıb.
"İnqilab Məhkəməsi ölkənin gənclərinin qətliamı barədə qərarlar çıxardığı, məhkəmə hakimləri isə təhlükəsizlik mərkəzlərinin və hakimiyyətin sifarişlərini yerinə yetirdikləri üçün etibarsızdırlar", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, hüquq müdafiəçisinin həbsxanadakı fəaliyyətləri ilə əlaqədar ona qarşı əlavə cinayət işlərinə görə keçirilən üçüncü məhkəmədir.
Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
- "Azercell" “Minlərlə ilmə, bir güc” xalçasını təqdim edib
- WUF13 zamanı yollarda postlar qurulacaq?
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - Foto
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video