UEFA-nın Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının beynəlxalq yarışlara buraxılması haqda qərarı Polşa, Latviya və İsveç futbol federasiyalarının etirazına səbəb olub.
Axar..az xəbər verir ki, hər üç ölkənin futbol federasiyası bəyan edib ki, oyunun keçirildiyi yerdən və onların təqdimat formasından asılı olmayaraq rusiya millilərinin iştirak edəcəyi turnirə qatılmayacaqlar.
Qeyd edək ki, UEFA ötən gün Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda - himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verildiyini açıqlayıb. Bundan öncə İngiltərə Rusiya komandaları ilə görüşdən imtina edib.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır