Roma statutu Rusiyaya qarşı yönəlməyib - Paşinyan

13:34 - 24 Sentyabr 2023 - GÜNDƏM

 Roma statutu Rusiyaya qarşı yönəlməyib - Paşinyan

Roma statutunun ratifikasiyası Rusiya və KTMT-yə qarşı yönəlməyib.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Roma statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib:

“Bunun ratifikasiyası Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin xarici təhlükəsizliyini təmin etmək imkanlarından istifadə etməyə imkan verəcək. Bu qərar Ermənistanın maraqlarına əsaslanır və ölkənin suveren hüququdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol