Azərbaycan Ordusu Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı erməni ordusunun qalıqlarının ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların postu yaxınlığındakı silah anbarını vurub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü və xəritə paylaşılıb. Ordumuzun dəqiq zərbəsi zamanı ətraf əraziyə, o cümlədən rus sülhməramlıların postuna zərər dəyməyib. Qeyd edək ki, bu fakt sülhməramlıların erməni terrorçuların fəaliyyətinə yaratdığı şəraitin daha bir nümunəsidir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm