Düşmən bir daha Azərbaycanın gücünü gördü. Onlar başa düşdülər ki, Azərbaycanla oyun oynamaq olmaz. Bütün bunların nəticəsi göz qabağındadır. Onlar yalvara-yalvara təslim olmaqla bərabər, bütün dünyada rəzil oldular.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli ictimai xadim, "EkoAvrasya" Fondunun idarə heyətinin rəhbəri Hikmət Ərən deyib.
“Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qarşı tərəfi silahı yerə qoymağa çağırdı. Onlar isə tamam başqa xülyalarla yaşayırdılar. Buna əhəmiyyət vermək istəmirdilər. Başa düşmürdülər ki, Azərbaycan bir günün içində Xankəndiyə daxil ola bilər. Onların əməliyyatların bir günü tamam olmamış təslim olmaları göstərdi ki, düşmən hansı rəzil durumdadır”, - Ərən bildirib.
Onun sözlərinə görə, separatçıların zərərsizləşdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımları heç kim qınaya bilməz:
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
“Azərbaycan öz ərazisində separatçılara qarşı tədbirlər gördü. Bu, beynəlxalq hüquqda rəsmi Bakının haqlı olduğunu göstərir. Qardaş Azərbaycan Vətən müharibəsindən sonra ikinci böyük qələbəsinə imza atdı. Türkiyənin mənəvi-psixoloji və beynəlxalq dəstəyi Azərbaycanın apardığı haqlı tədbirlərə böyük stimul oldu. Bu dəfə də Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırdı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şəfalar diləyirəm”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm