Gecə saatlarında baş tutan (21 sentyabr saat 23:00-da – red.) BMT TŞ-nin iclası gözlənildiyi kimi, ortaq bəyanatsız başa çatdı. İclas Türkiyənin birbaşa Azərbaycana dəstəyi, Rusiya nümayəndəsinin digərləri ilə müqayisədə hadisələrə düzgün olaraq Ermənistanın atdığı addımlar bucağından baxması və Almaniya XİN rəhbəri Berbokun ölkəmizə qarşı hamıdan sərt fikirləri ilə yadda qaldı.
BUTA.TV xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.
Məmmədov Berbokun terrorçular haqda bir cümlə belə səsləndirməməsini vurğulayıb:
“ABŞ nümayəndəsinin çıxışı isə yəqin ki, erməni diasporunun ümidlərinin puç olması ilə nəticələndi. Ən maraqlısı bəzi nümayəndələrin “Ermənistanda demokratiyanı qorumaq zəruridir” tezisiydi. Sual olunur, Azərbaycanın öz ərazisində antiterror addımları ilə Ermənistandakı demokratiya arasında hansı bağlar var? Cavab məlumdur. Borrell və Berbok Qafqazda baş verən hadisələrə rəqibləri ilə münaqişə prizmasından yanaşırlar.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Ancaq əsas odur ki, dünən toplaşanlar, həmçinin, Fransa münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ifadəsindən istifadə etdilər. Beləliklə, “Qarabağa status verilməsi” ifadəsi tarixə qovuşdu!
Dünənki iclas separatizmə yer olmadığını göstərərək, Azərbaycanın lehinə başa çatdı. Çünki iclasa qədər Azərbaycan artıq əsas məsələni həll etmişdi və rəsmi Bakının güclənən mövqeyi fonunda hər kəs reallığı qəbul etməli idi”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm