Rusiyanın ilk prezidenti Boris Yeltsinin keçmiş mühafizəçisi, KQB generalı Aleksandr Sterliqova qarşı dələduzluq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, generalın 13 milyon rublu mənimsənib. Bildirilir ki, Sterliqova abonentlərin yeni qüllələrə qoşulması barədə telefonla məlumat verilib. Bundan sonra isə ondan bankın tətbiqinə daxil olması istənilib. Bu zaman özlərini bank işçiləri kimi təqdim edən şəxslər onunla əlaqə saxlayaraq bütün pulların təhlükəsiz hesaba köçürülməsinin zəruri olduğunu bildirib və hakerlik cəhdi barədə məlumat veriblər. Əvvəlcə fırıldaqçılara 1,6 milyon rubl köçürən Sterliqov bundan sonra onlara bank xidmətlərindən istifadə imkanı verib. Bundan sonra dələduzlar təqaüdçünün daha 11 milyonluq istiqrazını oğurlayıblar.
Hazırda Aleksandr Sterliqov polisə müraciət edib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm