Yevlaxdakı görüşdə ermənilər bizdən amnistiya məsələsinin həllini də istəyəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sabah Yevlaxda Qarabağın erməni icması ilə keçiriləcək reinteqrasiya müzakirəsi haqda qeyd edib.
“Araik Arutyunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə isə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndiyə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə, özü üçün yaxşıdır. Ümumiyyətlə, Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək”, - politoloq bildirib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm