Ermənistan Baş naziri Paşinyanın Qarabağla birlikdə Azərbaycan Respublikasının suverenliyini 86,6 min kvadrat kilometr ümumi ərazi üzrə tanımağa hazır olduğu barədə Praqada verdiyi məlum bəyanatı ayrıca diqqətə çatdırmaq istərdim.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
“Yəni faktiki olaraq, Paşinyan təxminən bir il əvvəl Qarabağın Azərbaycan ərazisi olduğuna imza atdı və sonra bunu özü də bir neçə dəfə, o cümlədən Qərb mediasına müsahibələrində təkrarladı. Ermənistanın hazırkı rəhbərliyinin bu mövqeyi, əslində Bakıya Qarabağdakı vəziyyəti Azərbaycandaxili münaqişə kimi şərh etməyə əsas verə bilər”, - o bildirib.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı