Erməni mənbələr antiterror tədbirlərinin getdiyi ərazilərdəki vəziyyəti gizlətməyə, “döyüşdükləri”, “müqavimət” göstərdikləri görüntüsü yaratmağa çalışır. Lakin separatçıların ayrı-ayrı məlumatlarını analiz edəndə real vəziyyət ortaya çıxır:
- Onların “təmas xətti” dedikləri, ordumuzun yarıb keçdiyi ərazilərdə qalan terrorçu dəstələrlə Xankəndidəki qondarma rejim arasında koordinasiya itib;
- Elektrik problemləri olduğu üçün hərbi müstəvidə təmaslar yaratmaq problemləri də var;
- Qanunsuz silahlı dəstələr arasında pərakəndəlik yaranıb;
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Xocalı, Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində 16 kənddən ermənilərin çıxarılıb: bu, hər üç istiqamətdə irəliləyən ordumuzun Xankəndiyə doğru yaxınlaşdığı deməkdir.
Rusiya sülhməramlıları prosesə müdaxilə etmir, Paşinyan isə hakimiyyətinin hayındadır. Qərb ölkələrinə ümid edir, onlardan kömək gözləsələr də, bəyanatlardan başqa heç nə yoxdur.
Separatçılar Azərbaycan Ordusunun qarşısında çıxılmaz vəziyyətdə qalıb, Qarabağdan qaça da bilmirlər - bunun üçün çıxışları yoxdur.
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı