Azərbaycan Ordusu Qarabağ bölgəsinin bir neçə yerində qanunsuz erməni qüvvələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb.
Hacıyevın sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.
“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video