Müəyyən bir qrup hakimiyyəti zorla dəyişmək məqsədi ilə oktyabr-dekabr aylarında vətəndaş çevrilişi və iğtişaşlar törətməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, çevriliş planının müəllifləri Mixail Saakaşvilinin prezidentliyi dövründə daxili işlər nazirinin müavini vəzifəsini tutmuş Georgi Lortkipanidze, Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin və Ukraynadakı “Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvilidir.
“Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar çərçivəsində əldə edilən məlumata görə, Gürcüstanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bir qrup şəxs hakimiyyətin zorakılıqla dəyişdirilməsi məqsədilə sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır. Destruktiv hərəkətlərin başlama tarixi oktyabr-dekabr aylarıdır. Bu tarixlərdə Avropa Komissiyasının aralıq hesabatı və Avropa Birliyinin Gürcüstanın AB-yə namizəd statusunu alıb-almayacağı ilə bağlı yekun hesabatı olacaq”, - məlumatda qeyd olunub.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Qurumun məlumatına görə, iğtişaşlar törətməyi planlaşdıranların bir neçə ssenarisi var:
“Onlardan biri mərkəzi prospektlərdə və hökumət binalarında barrikadalar qurmaq, sonra isə çadır şəhərciyində bomba partlatmaqdır ki, mülki əhali arasında itkilərin olması şəhərdə iğtişaşlara səbəb olsun. Cinayətkar qrup Ukraynadakı Avromaydana oxşar ssenarini də nəzərdən keçirir”.
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video
- Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
- KİA-dan oğurluq etdi – Anbaan video
- İlham Əliyev fərman imzaladı
- AZAL-ın gənc pilotları təlimdə iştirak üçün Avropaya yollandı
- Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama