Bakı şəhəri İcra Hakimiyyətinin Ümumi şöbənin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevə həbs edilib.
BUTA.TV xəbər verir ki, H.Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
O bildirib ki, 2019-cu ildə H.Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. H.Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib.
Lakin H.Əliyeva verdiyi vədə əməl etməyib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.
Araşdırmalar zamanı X.Əyyubzadə ilə H.Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəllimi olan qadının tanış etməsi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.
Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.
Qeyd edək ki, H.Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində H. Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb.
O, 5 il həbs cəzasına məhkum edilib.
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı
- Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...