İndoneziya rejissorları Monti Tiva və Lakonda Azərbaycanda - Bakıda yaşayan ailənin xoşbəxtliyi və sevgisi barədə film çəkir.
Kult.az Report-a istinadən xəbər verir ki, filmdə bir sıra məşhur artistlər Corci Pranata Salşabilla Adriani, Anqiki Bolsterli və digərləri yer alıb. Ekran əsəri "Əzizim Co: demək olar, heç vaxt kifayət deyil" adlanır.
Qeyd edilir ki, film populyarlaşaraq diqqət mərkəzinə çevrilib. Ekran əsəri avqust ayında geniş miqyasda yayımlanacaq.
Film Sefryan Hayrilin "Demək olar, heç vaxt kifayət deyil" romanına əsasında ekranlaşdırılıb. Romana uyğunlaşmasına baxmayaraq, filmin adı romanın qərəmanlarından fərqlənir.
Film Co və Mauranın xoşbəxt ailə həyatından bəhs edir. Bu ər və arvad ideal cütlükdürlər, onlar xoşbəxt ailə həyatı sürürlər. Hər ikisi Bakıda yaşayır. Co və Mora uzun illərdir evlidir. Mora özü gözəl, zəngin və xoşbəxt qadındır, çünki onu çox sevən əri var.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış