Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Bu barədə BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 mm-dək olub.
Qrız, Şahdağda duman müşahidə olunub.
Şimal-qərb küləyi Naftalanda arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 19 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın maksimal temperaturu iyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti, Naxçıvan MR-da 37 dərəcəyədək isti, aran rayonlarında 38 dərəcəyədək isti, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış