Türkiyənin korifey incəsənət xadimlərindən olan Orxan Gəncəbay xəstəxanaya yerləşdirilib.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb onun gəmidən yıxılması olub.
Məlumata görə, hadisə məşhur ifaçının həyat yoldaşı Sevim Əmrə ilə Anadoluhisardakı restorandan Balta limanındakı malikanəsinə qayıdan zaman baş verib. Limana çatanda mühafizəçilər əvvəlcə Sevim Əmrənin gəmidən enməsinə kömək ediblər. Daha sonra Gəncəbaya əllərini uzadıblar, ancaq ifaçı tarazlığını itirərək kürəyi üstə beton döşəməyə yıxılıb.
Ombası və kürəyindən əzilən Gəncəbay xəstəxanaya aparılıb. Müayinə zamanı onun bədənində sınıq aşkarlanmayıb, ancaq zərbəyə görə bərk əzildiyi müəyyən edilib.
Sonradan Gəncəbay pərəstişkarlarına müraciət edərək vəziyyəti barədə məlumat verib:
“Allaha şükür, artıq yaxşıyam, ağır qəza idi, məni Allah qorudu”.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış