İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən - yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.
Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi