Cənubi Koreya Prezidenti Yun Sok Yol Kiyevə qəfil səfər edib.
BUTA.TV xəbər verir ki, Prezident artıq Buça və İrpendə olub. Bundan əvvəl prezident Litvada, daha sonra isə Polşada NATO-nun sammitində olub.
Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçirilib. Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib ki, "əslində Vilnüsdə keçirilən NATO sammitində Ukraynanın Alyansa üzvlük məsələsi həll olundu”.
Onun sözlərinə görə, sammitdə rəsmi Kiyevin NATO-ya rəsmi şəkildə dəvət olunmaması başadüşüləndir: “Sadəcə olaraq tərəfdaşlarımız sürətin çox olacağından qorxurlar. Bildiyiniz kimi, avtomobili sürətlə idarə edəndə qəza törədə bilərsən”.D. Kulebanın sözlərinə görə, Ukraynanın sammitdə iştirakı ilə psixoloji baryeri dəf etdi: “Aydındır ki, biz NATO-nun üzvü olacağıq. Tərəfdaşlarımız da bu fikirdədirlər”.
- Qazaxda nə qədər ərazi minalardan təmizlənib?
- Azərbaycan bu ölkə ilə hərbi əməkdaşlıq planı imzaladı
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi