Dünya yəhudi diasporu İsveç rəsmiləri tərəfindən şənbə günü İsrail səfirliyinin yanında Tövratın yandırılması ilə bağlı aksiyasının keçirilməsinə icazənin verilməsinə etiraz edir.
BUTA.TV xəbər verir ki, İsrail Prezidenti, baş ravvinlər və yəhudi diasporunun digər üzvləri Stokholm polisinin “söz azadlığı” yığıncağının keçirilməsi haqqında tələbin təmin edilməsindən sonra İsveçi müqəddəs kitabların yandırılmasına son qoymağa çağırır.
Qeyd edək ki, İsrail rəsmiləri yerli polis tərəfindən şənbə günü İsrail səfirliyinin yanında Tövratın yandırılması ilə bağlı aksiyasının keçirilməsinə icazənin verilməsindən sonra cümə günü İsveçə etiraz ediblər.
İsrailin Baş naziri Benyamin Netanyahu da Tövratın yandırılmasına icazə verən İsveç hakimiyyətini qınayıb.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video