İsrailin Baş naziri Benyamin Netanyahu Tövratın yandırılmasına icazə verən İsveç hakimiyyətini qınayıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında “Tanax”ın yandırılmasına icazə vermə qərarını qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqı üçün müqəddəs olanı məhv etmək barədə bu biabırçı qərara qəti şəkildə mənfi yanaşır”, - Netanyahu bildirib.
O, bütün dinlərin müqəddəs kitablarına hörmət tələb edib.
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər