Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyanın səhhətinə görə azad olunması vəsadəti qəbul edilməyib.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan bildirib.
Vəkil deyib ki, müdafiə etdiyi şəxsin bədənində çoxsaylı xəsarətlər aşkarlanıb.
V.Balasanyanla birlikdə saxlanılan oğlu və qohumu isə azadlığa buraxılıb.
Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb. Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video