Kreml Rusiya Müdafiə Nazirliyini tənqid etdiyinə görə vəzifəsindən uzaqlaşdırılan və yoxa çıxdığı bildirilən 58-ci ordu komandiri İvan Popovla bağlı vəziyyəti şərh etməkdən imtina edib.
BUTA.TV verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə Putinin Popovla bağlı vəziyyətdən xəbərdar olub-olmaması ilə bağlı suala cavab verərəkən deyib.
“Biz şərh vermirik. Yenə də biz hərbçilərdən, Müdafiə Nazirliyindən danışırıq, ona görə də şərhlər üçün onlarla əlaqə saxlamağı tövsiyə edirik. Bu, bizim gündəmimizdə olan məsələ deyil”, - o bildirib.
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı
- TƏBİB-də kimlər getdi, kimlər qaldı?
- Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi - Video
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər