İtaliyanın Tehrandakı səfiri Cüzeppe Perrone İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Görüşdə nazirliyin Qərbi Avropa üzrə baş direktoru Məcid Nili İranın Xalq Mücahidləri Təşkilatının liderlərindən birinin İtaliya parlamentində çıxışına görə səfirə etirazını bildirib.
“İran İtaliya hökumətindən ölkəsinin terrorçuların sığınacağına çevrilməsinin qarşısını almaq üçün əməli addımlar atmasını tələb edir”, - Məcid Nili Cüzeppe Perroneyə bildirib.
Qeyd edək ki, iki gün əvvəl İran Xalq Mücahidləri Təşkilatının rəhbəri Məryəm Rəcəvi İtaliya parlamentində çıxış edərək, İran hökumətinin repressiyaları və terror əməlləri ilə bağlı faktları açıqlayıb.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video