Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.
Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb.
Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı