Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Nurəddin Sahib oğlunun ölüm faktı barədə Gəncə hərbi prokurorluğuna daxil olmuş məlumat əsasında həmin hərbi prokurorluğun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Hərbi Prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video