Ukraynada təhlükəsizlik zəmanətlərinin “İsrail modeli” işləməyəcək. Şübhəli analogiyalar üzərində strategiya qurmaq pis fikirdir.
BUTA.TV xəbər verir ki, bunu Cons Hopkins Universitetinin professoru Eliot A.Kohen deyib.
“Vilnüs sammitində ABŞ və Almaniya Ukraynanın NATO-ya daxil olması üçün vaxt cədvəlinin elan edilməsinə qarşı çıxıb. Bu, Rusiya ilə dərhal müharibənin başlaması qorxusu ilə bağlıdır. Vaşinqton və Berlin hələ də ərazisi qismən işğal altında olan və institutları tam formalaşmamış bir dövləti alyansa daxil etmək istəmir. Ukraynanın dərhal NATO-ya daxil olmasına qarşı arqumentlər absurddur. Çünki Macarıstanla müqayisədə Ukrayna ordusu da müasir hərbi texnologiyaların istifadədə heç də zəif deyil və dövlət demokratik hesab oluna bilər. NATO-ya qoşulmaq Ukrayna üçün Qərbdən təhlükəsizlik və sabitliyin təminatı olardı. Bu, Ukraynaya yaxşılıq deyil, daha bir böyük Avropa müharibəsinin qarşısını almaq cəhdidir. Müharibə şəraitində olan ölkəyə NATO üzvlüyünün verilə bilməyəcəyi anlayışı o deməkdir ki, Rusiyanın nəyin bahasına olursa olsun, müharibəni davam etdirməsi üçün hər cür əsas var. Almaniya həm Sovet İttifaqı, həm də Qərb müttəfiqləri tərəfindən işğal altında olarkən, öz sərhədlərini bərpa etməmişdən əvvəl NATO-ya daxil olub”, - professor bildirib.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video