İstanbulda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və MİT-in birgə keçirdiyi əməliyyat çərçivəsində FETÖ lideri Fəthullah Gülənin qardaşı Məsih Gülənin oğlu Salman Gülən, barəsində axtarış qərarı olan həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Minə Öztürk ilə birlikdə Sancaktəpədəki gizli evlərin birində yaxalanıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində qaçaq şəxslərin 1 ilə yaxındır ki, sözügedən evdə gizləndikləri, təşkilat rəhbərinin əmri ilə banka pul yatırdıqları, qurumun dərnək və vəqflərində rəhbər vəzifələr tutduqları, təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olub, haqlarında quruma üzv olduqları barədə açıqlamalar verilib.
Təşkilatın hazırkı maliyyə strukturunda Salman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 ədəd saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib.
Şübhəli şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video