Rusiyanın Teleqram kanallarında Vladimir Jirinovskinin 1998-ci ilin fevralında hərbi formada Ukrayna barədə çıxışı yayılıb.
BUTA.TV xəbər verir ki, Jirinovski çıxışı zamanı Ukraynanın NATO ilə sıx əməkdaşlıq etməsi və Rusiyaya arxa çevirməsi halında məhv olacağını qeyd edir.
“Heç bir halda biz Ukrayna ilə dostluq və əməkdaşlıq müqaviləsini ratifikasiya etməməliyik. Çünki biz bununla Ukrayna ilə Rusiya arasındakı sərhədi tanıyırıq. Beləliklə, biz Ukraynaya ərazilərin Qərbə verilməsinə başlamağa icazə verəcəyik”, - o vurğulayır.
Qeyd edək ki, ötən il ölən Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının sədri və Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini idi.
- DİN-dən əməliyyat: saxlanılanlar var - Video
- General hərbi ekspertlə bağlı sirləri açdı – Nələr yazdı?
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı