Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planları hazırlanacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.
O bildirib ki, Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verilib, əhalinin mülkiyyət hüququ pozulub, aparılan tikinti işlərində funksionallıq və memarlıq işi lazımi səviyyədə olmayıb.
F.Nəcəfli söyləyib ki, bu gün hazırlanan yeni layihələr isə elmə yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır:
“Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi