Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub. BUTA.TV xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.
Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb.
Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb. Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır. R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.x
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi