Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
BUTA.TV xəbər verir ki, daha 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi