Rusiya vətəndaşlarının 58 faizi ölkəni gələcəkdə ağır günlərin gözlədiyini proqnozlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Levada” Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində deyilir.
Belə ki, illər ərzində gələcəyə mənfi baxanların sayı 10 faiz artaraq, bütün zamanların rekorduna çatıb.
Əvvəlki maksimum isə 56% təşkil edib.
"Levada"nın sorğusuna qatılanların təxminən dörddə biri (24%) ölkənin indi çətin günlər keçirdiyini bildirib.
Qeyd edilir ki, gələcəklə bağlı mənfi qiymətləndirmələrin kəskin artması Rusiyada pensiya islahatından sonra başlayıb. Əgər 2017-ci ildə pessimistlər 25-26% təşkil edirdisə, artıq 2018-ci ildə 52% idi.
Rəqəmlərdən göründüyü kimi, gələcək Rusiya vətəndaşları üçün ümumiyyətlə qeyri-müəyyən olsa da, onların əksəriyyəti (61 faizi) hələ də ölkədə işlərin düzgün istiqamətdə getdiyini deyir. Onlardan hər üç nəfərdən biri Putinin kursunu dəstəklədiyini, dörddə biri insanların rifahının yaxşılaşdığını deyib, beş nəfərdən biri isə işğal olunmuş Ukrayna torpaqlarında faşizmlə mübarizə aparıldığına inanır.
Ölkənin dalana doğru getdiyinə inananların yarısı (47%) fikirlərini müharibə ilə əlaqələndirib, beşdə biri (20%) inflyasiyadan, gəlirlərin azalmasından və yoxsullaşmadan şikayətlənib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi