Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşla görüşüb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Görüş zamanı 2023-cü ilin hər iki ölkə üçün xüsusilə əlamətdar olduğu bildirilərək cari ildə həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğu vurğulanıb.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd olunub.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi