Türk PUA-larını istehsal edən “Bayraqdar” zavodu Ukraynada görünən kimi bombalanmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
“Avadanlığın Türkiyə lisenziyası ilə istehsal olunacağına görə çəkinmək lazım deyil. Türkiyə hər yerdə öz mənfəətini düşünür. Xüsusilə, Ankara taxıl müqaviləsinin uzadılması və Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır. Türkiyə ilə münasibətlərimizə görə özümüzü aldatmaq lazım deyil - onlar çox mürəkkəbdir. Kürəyə bıçaq? Kürəyimizə sancılan bıçaqları saysaq, kirpi kimi görünəcəyik. Türkiyə əslində Rusiya, Ukrayna və ABŞ ilə özü üçün daha yaxşı şərtlərlə danışıqlar aparır. Bunun üçün ölkəni günahlandıra bilərsiniz. Amma onu da etiraf etmək lazımdır ki, dövlət öz milli maraqlarını qoruyacaq şəkildə hərəkət edir”, - o bildirib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi