Moskvadan Mineralnıye Vodıya uçan təyyarə uçuş zamanı halı pisləşən 6 yaşlı qıza görə Volqoqradda məcburi eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə Volqoqrad Hava Limanı məlumat yayıb.
"2023-cü il iyulun 9-da Moskva (Domodedovo) - Mineralnıye Vodı reysi ilə uçan Sibir Hava Yollarının 2169 saylı təyyarəsi sərnişinlərdən birinin səhhəti ilə əlaqədar saat 15:25-də Volqoqrad hava limanında məcburi eniş edib. Sərnişin reysdən çıxarılaraq şəhərin tibb müəssisəsinin mütəxəssislərinə təhvil verilib” – məlumat deyilir.
Qeyd olunur ki, təyyarə saat 16:06-da təyinat yerinə uçub.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi