Türkiyə Ordusu dünyada sülh və sabitliyə töhfə verir. Eynilə, Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya-Herseqovina, Qətər, Somali və bir çox başqa coğrafiyalardakı qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Universitetində keçirilən buraxılış mərasimində deyib.
“Qəhrəman ordumuz Cümhuriyyətimizin 100-cü ildönümündə terrora qarşı mübarizəsini artan şiddət və templə davam etdirəcək. Türkiyə əsrinə uyğun olaraq daha böyük və güclü Türkiyə üçün əzmlə çalışmalara davam edəcəyik", - o qeyd edib.
Nazir vurğulayıb ki, müdafiə və təhlükəsizlik məsələlərinin hər zamankindən daha çox əhəmiyyət kəsb etdiyi bu həssas dövrdə Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişləri və əmrləri ilə ən əhatəli və ən təsirli fəaliyyətini həyata keçirir: "Dövlətimizin yaşaması, vətəndaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün lazım olan bütün tədbirlər görülür. Ordumuz ölkə daxilində və sərhəddən kənarda sərhədlərimizin təhlükəsizliyini ən gərgin və təsirli tədbirlərlə təmin edir, Vətənimizdə hüquq və mənafelərimizin qorunmasını həyata keçirir. Eynilə, Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya-Herseqovina, Qətər, Somali və bir çox başqa coğrafiyalardakı qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir".
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı