İranda qaşqay milli geyiminə yasaq qoyulub, düzdür, lakin məsələ təqdim edildiyi kimi deyil. Biz QAİ (Qaşqay Azadlıq yolu Partiyası) təşkilatı olaraq bəyanat verib, bu sərəncamı qınadıq.
Bu sözləri BUTA.TV-a Qaşqay Milli Hərəkatının fəallarından olan Ruhulla Muradi Fars əyalətində qaşqayların milli geyimlərinə qadağa qoyulması ilə bağlı sərəncamı şərh edərkən deyib.
O, sərəncamı etnik millətlərin şərəf və ləyaqətinin qorunmasından çox, insan hüquqlarının pozulması kimi qiymətləndirib:
“İranda bəzi məsləklərə doğru olmayan münasibət var. Alın təri ilə çörəyini qazanan süpürgəçilər, zibilyığanlar, bazarda çarəsizlikdən alver edənlər, xırdavat malları satanlar və bir sözlə fəhlə kimi ağır işə baş vuranlara həqarətlə, yuxarıdan aşağı baxırlar. Mən bunu doğru saymıram. Öz zəhməti ilə çörəyini qazananlar dəyərli insanlardır. Qaşqay milli geyimi də çox gözəl bir geyimdir. Bəzi insanlar onu geyinərək, turistlər üçün xidmət göstərir, yaxud şəkil çəkdirirlər. Daha çox müştəri cəlb etmək üçün bəzən bu geyimlərdən qazanc məqsədi ilə faydalanırlar. Burada pis heç nə yoxdur, dünyanın hər yerində belə edirlər. Heç kim buna qadağa qoya bilməz. QAİ təşkilatı olaraq bu sərəncamı pislədik və qərarı yanlış hesab edirik. Qaşqay mədəniyyəti imkan verməz ki, kiminsə məsləyinə həqarət olunsun”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Qeyd edək ki, İranın Fars əyalətinin Sənaye və Mədən Baş İdarəsi qaşqay türklərinin milli geyimlərdən istifadə etməsinə qadağa qoyub.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı