Sərnişinlərlə polislər arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüntülər ötən gün metronun ''Əhmədli'' stansiyasında çəkilib. Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər.
“Hadisə də bundan sonra baş verib”.
Qeyd edək ki, iki ilə yaxındır ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Metropoliteninin bütün stansiyalarının girişində çantaların yoxlanması üçün rentgen aparat qurulub. Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu cihazlar vasitəsi ilə aşkarlanır. Daxili İşlər Nazirliyinin əməkdaşı deyir ki, əgər hər hansı bir sərnişindən qadağan edilmiş əşya aşkar edilərsə onun davranışlarına diqqət edilir. Qeyd edək ki, saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Daha ətraflı videoda:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı