Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onları cərimələməsi ilə bağlı məhkəməyə müraciət edəcək.
Bu barədə BUTA.TV-a "Aztelekom"dan bildirilib.
"Dövlət Xidməti Cəmiyyətlər barədə antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair 24.06.2023-cü il tarixli qərar qəbul edilib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlər tərəfindən göstərilən data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16.500 manat maliyyə sanksiyası tətbiq edilib.
Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, Dövlət Xidmətinin mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib. Cəmiyyətlər tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. Qeyd olunanlar nəzərə alınmaqla, Dövlət Xidmətinin qəbul etdiyi qərarın Cəmiyyətlər tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub. Bu məqsədlə qanunvericiliyə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq", - deyə açıqlamada qeyd olunub.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı