ABŞ-ın keçmiş yüksək səviyyəli milli təhlükəsizlik məmurlarından ibarət qrup aprel ayında Kremlə bağlı ruslar və xarici işlər naziri Sergey Lavrov ilə Ukraynada müharibəyə son qoyulması ilə bağlı danışıqların mümkünlüyünü müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “NBC Nyus” mənbələrinə istinadən məlumat yayıb.
“Xüsusilə Lavrov aprel ayında Rusiyanın həmin ay sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında çıxış etmək üçün Nyu Yorka gələndə amerikalılarla bir neçə saat vaxt keçirib. Onunla Xarici Əlaqələr Şurasının prezidenti və keçmiş diplomat Riçard Has, avropalı ekspert Çarlz Kapçan və rusiyalı mütəxəssis, keçmişdə Ağ Evdə və Dövlət Departamentində çalışmış Tomas Qrem vəziyyəti müzakirə edib. Söhbət Rusiyanın işğal etdiyi ərazilərin taleyi, sülh təşəbbüslərinin müzakirəsinə başlamaq üçün hər iki tərəfin məqbul hesab edəcəyi şərtlər kimi ən çətin məsələlərdən gedib”, - mənbə bildirib.
Qeyd olunur ki, bu görüşlə yanaşı, Rusiya Prezidenti Vladimir Putinə yaxın sayılan və ya Kremldə daimi əlaqə saxlayan, beynəlxalq münasibətlər sahəsində Rusiyanın aparıcı beyin mərkəzləri və ya tədqiqat institutlarının rəhbərlərinin iştirakı ilə bir sıra müzakirələr aparılıb:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
“Müzakirələrdə Pentaqonun bəzi keçmiş əməkdaşları da iştirak ediblər. Lavrovla söhbətin iştirakçıları onun nəticələri barədə ABŞ Milli Təhlükəsizlik Şurasına məlumat veriblər”.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı