ABŞ Hərbi Dəniz Qüvvələri İranın Oman dənizində neft tankerini ələ keçirməsinin qarşısını alıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının komandanı Maykl Korilla açıqlama verib.
“İran qüvvələri Oman sahilləri yaxınlığında olan neft tankerlərindən birinə bir neçə dəfə atəş açıb. Bu, beynəlxalq qanunlara ziddir. İran regionda nəqliyyatın təhlükəsizliyinə xələl gətirir”, - o bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurası məsələ ilə bağlı yaydığı bəyanatda Amerikanın Yaxın Şərqdəki müttəfiqləri ilə birlikdə İranın təcavüzünə cavab verəcəyini açıqlayıb.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, 2021-ci ildən indiyədək İran beynəlxalq sularda 20-yə yaxın ticarət gəmisinə hücum edib və ələ keçirib.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi