Baxmut istiqamətində Rusiya işğalçı qoşunları Ukrayna əsgərlərinə qarşı kimyəvi silahdan fəal şəkildə istifadə edir.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
O bildirib ki, ruslar digər şeylərlə yanaşı, lyuizitdən də istifadə edirlər:
"Bəli, həqiqətən də lyuzitin və ya 17-ci maddənin daha tez-tez istifadə edildiyinə dair sübutlar var. Ümumiyyətlə, bir çox digər kimyəvi vasitələr kimi, bu da qadağandır. Rus işğalçılarının hələ də Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinə effektiv atəş zərbəsi endirmək imkanları məhduddur. Ona görə də bu texniki, texnoloji komponenti kompensasiya etmək üçün onlar Sovet İttifaqı dövründən anbarlarında qalmış xeyli sayda qadağan olunmuş vasitələrə əl atırlar”, - deyə o bildirib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Kovalenko vurğulayıb ki, belə maddələr hətta onlardan istifadə edənlər üçün də təhlükəlidir, çünki hər şey küləyin istiqamətindən və hava şəraitindən asılıdır.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi