NATO-nun Vilnüs sammiti ərəfəsində və Ukraynanın ciddi hərbi uğur göstərə bilməməsi fonunda irimiqyaslı nüvə təxribatı ehtimalı böyükdür.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Ukrayna NATO-ya qəbul üçün fürsət pəncərəsi axtarır və hər cür axmaqlığa hazırdır. Bu baxımdan, Ukraynanın xüsusi xidmət orqanları, ilk növbədə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Zaporojye AES-də nüvə terroru aktı törədə, buna görə məsuliyyəti Rusiyanın üzərinə ata bilər. Amma başqa nüvə insidentləri də mümkündür. Vəziyyət çox təhlükəlidir, ona nəzarət edilməlidir. MAQATE çox ciddi və gözlənilməz nəticələrin təhlükə altında olduğunu anlayaraq passiv düşünmə mövqeyi tutmamalıdır. Ukraynanın Qərb kuratorları Zelenskinin ikinci Çernobıl törətmək istəyinin qarşısını almalıdırlar”, - o bildirib.
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video