Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb.
BUTA.TV xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, 20.06.2023-cü il tarixdə saat 17:15-də həmin xəstəxanada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
- Ali Məclisin deputatlarının maaşı artırıldı
- Prezident sərəncamı: 2 min şəxsə maddi yardım...
- Yerli icra hakimiyyəti orqanları ilə bağlı fərman
- Vahid Ələkbərov Qarabağda - Foto
- FHN Şuşada təlim keçirdi - Video
- NK-da Kür çayı ilə bağlı mühüm iclas: Tapşırıqlar verildi
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi