"Kəpəz" baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb.
Klubdan BUTA.TV-a verilən məlumata görə, bununla bağlı qərar klubun İdarə Heyətinin bugünkü iclasında qəbul olunub.
52 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Komandanın sükanı arxasına Azər Məmmədovun gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Tərlan Əhmədov ötən ilin sentyabrında "Kəpəz"ə baş məşqçi təyin olunmuşdu.
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video