Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar ilə görüşüblər.
Bu barədə BUTA.TV-a SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, görüşdə Mikayıl Cabbarov Alparslan Bayraqdarı energetika naziri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.
Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video