İyunun 9-dan 10-a keçən gecə Güney Azərbaycanın Qəzvin şəhərində 36 mənzilli yaşayış binasında güclü yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Qəzvin əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Həsən İsmayıli məlumat verib.
Hadisə binanın parkinqində olan bir neçə minik avtomobilinin naməlum səbəblərə görə alışması nəticəsində meydana gəlib.
İsmayıli yanğın nəticəsində ikisi yanğınsöndürən olmaqla, 22 nəfərin xəsarət aldığını və xəstəxanalara yerləşdirildiyini deyib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var